Dünya

Fransa DİN rəhbəri Qvadelupaya səfəri zamanı hücuma məruz qalıb

Fransa Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Jerald Darmanen ölkənin Qvadelupa bölgəsinə səfəri zamanı hücuma məruz qalıb. Hadisə, nazirin səfərin sonunda Be-Maodakı “Guadeloupe 1ère” televiziya kanalının ofisinə müsahibə vermək üçün getdiyi zaman baş verib. Bundan əvvəl o, yerli merin “amansız” adlandırdığı Puent-a-Pitr şəhərində yetkinlik yaşına çatmayanlar üçün axşam saat 20:00-dan sonra komendant saatı elan edib. İstintaqa yaxın […]

Dünya

Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırıb

Avstraliya hökuməti terror hücumları təhlükəsini əsas gətirərək, öz vətəndaşlarını imkan daxilində İsraili tərk etməyə çağırıb. Bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb. Qeyd olunub ki, İranın İsrailə pilotsuz uçan aparatlarla, raketlərlə hücumundan və bunun ardınca İsrailin İsfahandakı hərbi bazanı hədəfə götürməsindən sonra mülki insanların həyatına olan təhlükənin səviyyəsi artıb. “Hərbi hücumlar hava məkanının bağlanmasına, uçuşların ləğv […]

Dünya

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH + FOTO

Hər ilin 24 aprel tarixi ermənilər üçün xüsusi bir gün sayılır. Həm Ermənistanda, həm də digər ölkələrdə yaşayan haylar 24 aprel tarixini vay-şivən, ah-zarla keçirərək uydurulmuş soyqırımını qeyd edirlər. Ulu babaları sərgərdan qaraçı olan və Cənubi Qafqaza, əsasən, XVIII əsrdə zorla yerləşən bu xalqın nümayəndələri işlərini o qədər ustalıqla icra edirlər ki, bir neçə ölkə […]

Dünya

“Nə? Harada? Nə zaman?” oyununun belaruslu mükafatçısı vətənində həbs olundu – FOTO

Belarusda “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı Fyodor Şvedov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməklə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “Vyasna” hüquq-mühafizə mərkəzi məlumat yayıb. Fyodor Şvedov Belarusda fəaliyyəti ekstremist kimi tanınan qrupları maliyyələşdirməkdə təqsirli bilinib.   Qeyd edək ki, 48 yaşlı Fyodor Şvedov 2006-cı ildən “Nə? Harada? Nə zaman?” oyununda iştirak […]

Dünya

İranın Parisdəki konsulluğuna daxil olan şəxs özünü partlatmaqla hədələyir

Naməlum şəxs İranın Parisdəki konsulluğuna daxil olaraq özünü partladacağı ilə hədələyir. Bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb. Mənbə yazır ki, hüquq-mühafizə orqanları konsulluğa yaxın metro xəttini bağlayıb və binanın ətrafını mühasirəyə alıb. Hələlik hadisənin digər təfərrüatı məlum deyil. Xeberal.az

Dünya

Lavrov: “Rusiya hərbi əməliyyatları dayandırmayacaq”

“Ukrayna üzrə danışıqlar başlasa belə, Rusiya hərbi əməliyyatları dayandırmayacaq”. Bu açıqlama ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. S.Lavrov qeyd edib ki, hazırda döyüş meydanındakı vəziyyət də əhəmiyyətli dərəcədə fərqlidir. “Reallıqlar nəzərə alınmalıdır. Mən təkcə dislokasiya və təmas xəttini deyil, həm də Konstitusiyaya əlavə və dəyişikliklərin olmasını nəzərdə tuturam. Bunu hər kəs tam […]

Dünya

Lavrov: “İrəvanın Rusiya sülhməramlıları ilə bağlı iddiaları əsassızdır”

Ermənilərin Qarabağda Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham etmələri əsassızdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya müsahibəsində deyib. Onun sözlərinə görə, üçtərəfli bəyanatda Azərbaycandakı erməni sakinlərin xüsusi hüquqlarının təmin edilməsinə ehtiyac olduğuna dair heç nə yoxdur: “Buna görə də, sülhməramlılarımızın fəaliyyətsizliyi səbəbindən ermənilərin Qarabağı tərk etdiklərini söyləmək düzgün deyil”. Xeberal.az

Dünya

“G7” İsrailin İrana zərbələri ilə bağlı vəziyyəti müzakirəyə çıxaracaq

“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri aprelin 19-da İtaliyada keçiriləcək iclasda İsrailin İrana zərbələri ilə bağlı vəziyyəti müzakirə edəcəklər. Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. “Kanada Xarici İşlər Nazirliyinin əməkdaşları İranda gecə baş verən partlayışlar barədə mənə məlumat verdilər. Biz vəziyyəti diqqətlə izləyirik. Bu gün səhər məsələni […]

Dünya

Joze Mourinyo “Beşiktaş”la danışıqlar üçün Türkiyəyə yollanıb

Portuqaliyalı mütəxəssis “Beşiktaş” klubu ilə danışıqlar üçün İstanbula səfər edib. Məlumata görə, təcrübəli mütəxəssis “qara qartallar”la müqavilə şərtləri ilə bağlı danışıqlar üçün Türkiyə klubunun bazasını ziyarət edib. İstanbul nəhənglərindən sayılan “Beşiktaş” klubunun daha öncə Qurban Qurbanovla da danışıqlar apardığı bildirilsə də, “Qarabağ” klubu tərəfindən rəsmi heç bir açıqlama verilməyib. Təcrübəli çalışdırıcı Qurban Qurbanov da daha […]

Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb. Bununla əlaqədar Türkiyə XİN-in bəyanatında qeyd olunur. “İsrailin Dəməşqdəki İran səfirliyinə hücumu ilə başlayan gərginlik, beynəlxalq hüquq normalarına zidd olaraq, son hadisələrdən sonra daim münaqişəyə çevrilmək riski daşıyır. Biz hadisələri yaxından izləyirik. Bütün tərəfləri münaqişəyə səbəb ola biləcək addımlardan qaçmağa dəvət […]