Dünya

Krımda hərbi aedromda güclü partlayış baş verib – VİDEO

Aprelin 17-nə keçən gecə Krımda Cankoy yaxınlığında bir neçə güclü partlayış baş verib. Yerli “Telegram” kanallarının məlumatına görə, hərbi aerodrom yanır. Hazırda Cankoyda baş verən partlayışların səbəbi və nəticəsi barədə heç nə məlum deyil. Cankoy hərbi aerodromu Rusiya ordusu üçün əsas logistika mərkəzi və hücum helikopterləri üçün bazadır. Burda Rusiya Hərbi Hava Qüvvələri komandanlığının helikopter […]

Dünya

Nobel mükafatı laureatı ev dustaqlığına buraxılıb

Myanmanın həbsdə olan sabiq dövlət müşaviri, Nobel sülh mükafatı laureatı Aun San Su Çji həbsxanadan ev dustaqlığına buraxılıb. Bu barədə Myanmanın Dövlət İnzibati Şurasının rəhbəri Zo Min Tuna məlumat verib. O qeyd edib ki, hava çox isti olduğundan və günvurma hallarının qarşısını almaq məqsədilə təkcə Aun San Su Çji deyil, digər məhbuslara da oxşar yüngülləşdirici […]

Dünya

İsraillə HƏMAS arasında aparılan atəşkəs danışıqları dondurulub

İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra İsraillə HƏMAS arasındakı atəşkəs danışıqları, demək olar ki, dondurulub. Xəbəri yayan mənbə bu barədə danışıqlarda iştirak edən ərəb diplomatına istinadən məlumat yayıb. Qeyd olunur ki, danışıqlar, xüsusən son günlər İranla İsrail arasında gərginliyin artması fonunda dayandırılıb. Məlumat üçün əlavə edək ki, İsraillə HƏMAS arasındakı danışıqlar Qətərin paytaxtı Dohada aparılıb. Mənbə: NBC […]

Dünya

İnsanların süni intellektli köməkçiləri: Rəqəmsal klounlar

İnsanlar bütün işlərini onların əvəzinə görməsi üçün özlərinin rəqəmsal surətlərini yaradırlar. Məsələn, 77 yaşlı həkim Dipak Çopra işlərini yerinə yetirmək üçün özünü rəqəmsal olaraq klonlaşdıran azsaylı şəxslərdən biridir. Artıq “Zoom” platformasındakı zənglərinə həkimin özü deyil, real süni intellekti cavab verir. Bildirilib ki, istifadəçinin düşüncələrini və nitqini təqlid edə bilən rəqəmsal klonu yaratmaq cəmi bir saat çəkir. Mənbə: […]

Dünya

Türkiyə rekord sayda turist qəbul edəcək

“Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir”. Bunu Türkiyənin Türkmənistandakı səfiri Əhməd Dəmirok deyib. “Dünya Turizm Təşkilatının məlumatına görə, Türkiyə 2022-ci ildə 50 milyondan çox turisti qəbul edərək, dünyada dördüncü sırada yer alıb. 2023-cü ildə 56,7 milyon turisti qəbul edən ölkə 54,3 milyard dollar gəlir əldə edərək, rekorda imza atıb. Bu il yeni rekordlar vurmağı […]

Dünya

Qırğızıstan “TikTok”u qadağan edə bilər

Qırğızıstan hakimiyyəti respublikada “TikTok” sosial şəbəkəsinə girişə məhdudiyyətlər qoymağı planlaşdırır. Məlumata görə, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti ölkənin internet provayderlərinə “TikTok” sosial şəbəkəsinə girişin məhdudlaşdırılması xahişi ilə məktub göndərib. Bildirilib ki, müvafiq təşəbbüslə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi çıxış edib. Qurum məzmun, xüsusən də uşaqların informasiya məkanında təhlükəsizliyi baxımından bu […]

Dünya

Heyli Biber yaylığına görə “nənələri təhqir etməkdə” günahlandırılıb – FOTO

Model və iş qadını Heyli Biber hazırda Kaliforniyada keçirilən illik “Coachella” musiqi festivalına qatılıb. 27 yaşlı Heyli Biber qeyri-adi şəkildə ictimaiyyət qarşısına çıxıb. İş qadını ağ-göy rəngli pencək, qara enli şalvar, ağ köynək, boz idman ayaqqabısı geyinib və başına qırmızı papaq qoyaraq üstündən bəbir təsvirli yaylıq geyinib. Model saçlarını at quyruğu formasında yığıb və yüngül […]

Dünya

İranda repressiv qüvvələrlə əhali arasında qarşıdurma: Qızları özləri ilə aparmaq istədilər – VİDEO

Sosial şəbəkələrdə İranın Rəşt şəhərində əxlaq polisinin məcburi hicab qaydalarına riayət etməyən bir neçə gənc qızla kobud rəftarını əks etdirən video paylaşılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Görüntülərdə repressiv qüvvələrin qızları zorla özləri ilə aparmaq istədikləri kadrlar əks olunub. Qeyd edək ki, ətrafdakı insanlar zorakılığa qarşı çıxaraq, qızları repressiv qüvvələrin əlindən xilas […]

Dünya

Rusiyada maşın məktəbli qızı vuraraq metrlərlə uzağa atdı – VİDEO

Rusiyanın Başqırdıstan Respublikasının Neftekamsk şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə gələn minik avtomobili piyada keçidində məktəbli qızı vurub. Qız və yanındakı dostu yolu keçmək istədikləri zaman maşın tam sürətlə onlara doğru sürüb. Oğlan üzərilərinə gələn maşından yayına bilsə də, qız buna müvəffəq ola bilməyib. Zərbənin təsiri qızı bir neçə metr uzağa ataraq sürükləyib və […]

Dünya

Tatarıstanda yeniyetmələri hərbi zavodlarda işə cəlb edəcəklər

Tatarıstanda 14 yaşından yeniyetmələrin müəssisələrdə, o cümlədən müdafiə müəssisələrində işlə təmin olunması təcili vəzifə kimi formalaşdırılıb və bu, regional məşğulluğun təşviqi proqramına salınıb. Məmurların hazırladığı proqramda qeyd olunub ki, əmək qabiliyyətli əhalinin azalması səbəbindən fabriklərdə gənclərə ehtiyac yaranıb və bu, 1990-cı illərin demoqrafik boşluğunun nəticəsidir. Proqramın məqsədi 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsini 11%-ə endirməkdir. Tatarıstanın […]