Dünya

Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib

Sharing is caring!




Fransada Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın evi müsadirə olunub.

Anqletdə yerləşən Art Deko üslublu villa 2013-cü ildə rusiyalı sahibkar və Lyudmilanın əri Artur Oçeretnı tərəfindən alınıb. 5 000 kvadratmetrlik mülk sahibinə 5,4 milyon avroya başa gəlib və vəsaitlərin mənşəyi “müəmmalı olaraq qalır”.

Villaya 6 dekabr 2023-cü ildə Fransa məhkəməsi tərəfindən həbs qoyulub.

Bildirilib ki, Oçeretnayanın villasından başqa, daha bir neçə Kremlə yaxın oliqarxların mülkləri nəzarət altındadır.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir