Dünya

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral III Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlər təqdim edib. Qeyd olunub ki, rəsmi etiraf Harri və həyat yoldaşı, Sasseks hersoginyası Meqan Cənubi Kaliforniyadakı […]

Dünya

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutub, ölənlər var – FOTO/VİDEO

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutublar, ölənlər var. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. İlkin məlumata görə, hava hücumundan müdafiə qüvvələri doqquz raketi vurub. Dneprdə yaşayış binası qismən dağılıb, iki infrastruktur müəssisəsinə də ziyan dəyib. Pavloqradda müəssisələrdən birinə, Sinelnikovoda 12 fərdi evə ziyan dəyib. Hazırda Dneprdə iki nəfərin öldüyü, 15 […]

Dünya

İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb

İran İsrailə hücum etməklə Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyib. Bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib. “Məqsəd İsrail hökumətinə aydın siqnal göndərmək və onlara bildirmək idi ki, bizim cavab vermək üçün imkanlarımız var. Bir daha təkrar edirəm: biz regionda xaosun, müharibənin və gərginliyin genişlənməsinin əleyhinəyik”, – deyə o bildirib. Diplomat […]

Dünya

İran XİN rəhbəri: “İranın cavab tədbirləri başa çatıb”

“İranın cavab tədbirləri başa çatıb, indi İsraili vəziyyəti gərginləşdirməkdən çəkindirmək üçün addımlar atılmalıdır”. Bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib. Onun sözlərinə görə, İsrail Tehranın maraqlarına qarşı güc tətbiq etsə, İran İslam Respublikası onları peşman edəcək dərhal və qəti cavab vermək hüququndan istifadədən çəkinməyəcək. Mənbə: TASS Xeberal.az

Dünya

Rusiyada təyyarə qəzasının anbaan görüntüləri – VİDEO

Rusiyanın Stavropol vilayətinin Krasnoqvardeyski rayonu ərazisində təyyarə qəzası baş verib.  Bu barədə Stavropol vilayətinin rəhbəri Vladimir Vladimirov özünün “Telegram” kanalında məlumat verib. “Təyyarə tarlaya düşüb, əldə etdiyimiz son məlumata görə, dağıntı və ölüm olmayıb, pilotlar katapult ediblər”, – o bildirib. V.Vladimirov artıq iki pilotun tapıldığını da əlavə edib: “Onlar sağdırlar, xəstəxanaya çatdırılıblar”. Mənbə: Baza Xeberal.az

Dünya

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququndan istifadə edərək Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı Əlcəzairin qətnamə layihəsini bloklayıb. Şuranın 12 üzvü sənədin lehinə səs verib, Rusiya, Çin, İsveçrə və Böyük Britaniya bitərəf qalıb, ABŞ isə qətnamə layihəsinə qarşı çıxıb. Qeyd edək ki, hazırda Fələstin BMT-də daimi müşahidəçi statusuna malikdir. Mənbə: TASS […]

Dünya

Dünyanın ilk “ChatGPT”li qulaqcığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək – VİDEO

“Nothing” şirkəti “ChatGPT” söhbət robotu ilə təchiz edilmiş dünyanın ilk qulaqcıq modelləri olan “Ear 3” və “Ear (a)” təqdim edib. “Ear 3” əvvəlki nəsil analoji cihazı əvəz edib, onun “Ear (a)” versiyası isə qiymət baxımından daha sərfəli seçim olaraq hazırlanıb. “ChatGPT”yə inteqrasiyası sayəsində cihazlar kənar nitqi tərcümə edə, məsləhətlər verə, riyazi məsələləri həll edə və […]

Dünya

İsrail İrana zərbə endirdi

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisindən edildiyini bildirib. Ölkənin bir sıra əyalətlərində HHM işə düşüb.    Tehran, İsfahan və Şiraz üzərindən […]

Dünya

ABŞ kəşfiyyatından Ukrayna müharibəsinin mümkün nəticəsi ilə bağlı PROQNOZ

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ölkə Konqresi üzvlərinə xəbərdarlıq edib ki, Vaşinqton Kiyevə lazımi dəstəyi verməsə, Ukrayna 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə hərbi münaqişədə məğlubiyyətə uğraya bilər. Bu barədə “Politico” qəzeti məlumat yayıb. “Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanında uduzması və ya ən azı Putinin siyasi nizamlanma şərtlərini diktə edə biləcəyi […]

Dünya

Kanada tarixinin ən böyük qızıl oğruları ələ keçdilər – FOTO

Toronto polisi Kanada tarixində ən böyük qızıl oğurluğunu törətməkdə şübhəli bilinən altı nəfəri saxlayıb. Cinayətkarlar yerli hava limanından 21 milyon Kanada dolları (15,2 milyon ABŞ dolları) dəyərində 6600 qızıl külçəsi, həmçinin 2,7 milyon Kanada dolları (1,9 milyon ABŞ dolları) nağd pul oğurlayıblar. 2023-cü ildə cinayətkarlar hava limanına yük maşını ilə gələrək Sürixdən gətirilən qızıl külçələri təhlükəsiz […]