Dünya

ABŞ-da təyyarə qəzasında 10 nəfər həlak olub

ABŞ-da təyyarə qəzası baş verib. Xeberal  RİA Novostiyə istinadla xəbər verir ki, hadisə Texas ştatının Dallasın əyalətinin Eddison şəhərində baş verib. Yerli CBS DFW telekanalının xəbərinə görə, İkimühərrikli təyyarə hava limanının anqarına çırpılaraq alışıb. Şəhərin ictimaitlə əlaqələr rəhbəri Meri Rozenblit açıqlamasında qeyd edib ki, hadisə nəticəsində təyyarədə olan bütün heyət – 10 nəfər dünyasını dəyişib.

Dünya

Sudanda iğtişaşlar zamanı beş nümayişçi öldürülüb

Sudanda etirazçılarla təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında baş verən toqquşmalar nəticəsində beş nəfərin öldürülüb. Xeberal “interfax.ru”ya istinadən xəbər verir ki, ölənlərin sayının artacağı istisna edilmir. Bildirilir ki, çevriliş edərək hakimiyyətə gələn orduya qarşı etiraz edən on minlərlə vətəndaş hərbçilərin silahlı hücumuna məruz qalıb. Ağır xəsarətlər alan nümayişçilərin böyük əksəriyyəti paytaxt Xartum və digər şəhərlərdə xəstəxanalara yerləşdiriliblər. […]

Dünya

Hindistanda avtobusun dərəyə aşması nəticəsində 24 nəfər ölüb

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir əyalətində bu gün səhər saatlarında ağır yol qəzası baş verib. Xeberal “TASS”-a istinadən xəbər verir ki, dağ yolu ilə hərəkətdə olan sərnişin avtobusu dərəyə yuvarlanıb. Kiştvar rayonunda qeydə alınan hadisə nəticəsində ən azı 24 sərnişin həlak olub. Hazırda xilasedicilər hadisə yerindədirlər. Polis tərəfindən qəzanın səbəbləri araşdırılır.

Dünya

İraq hərbçiləri beş İŞİD terrorçusunu məhv edib

İraqlı hərbçilər İŞİD terror qruplaşmasının 5 döyüşçüsünü məhv edib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” İraqın təhlükəsizlik orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, terrorçular Suriya sərhədindən İraqa keçmək istəyirmiş. Buna görə də ölkənin Suriya sərhədi bu cür insidentlərə yol verilməməsi üçün daima nəzarətdə saxlanılır.

Dünya

Dominikanda yüngülmühərrikli təyyarə radarlardan itib

Dominikan Respublikasında göyərtəsində 4 nəfərin olduğu yüngülmühərrikli təyyarə radarların ekranından yoxa çıxıb. APA xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb. Bildirilir ki, Baraona əyalətinin Mariya-Montes hava limanından havaya qalxdıqdan yarım saat sonra təyyarənin ekipaj üzvü dispetçerlərlə rabitə əlaqəsini dayandırıb. Dominikan mülki aviasiya institutu ölkənin hərbi qurumunun dəstəyi ilə təyyarənin axtarışlarına başlayıb.

Dünya

Tramp Şimali Koreya lideri ilə görüşüb, Kim Çen İni ABŞ-a dəvət edəcəyini bildirib

Bu gün ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşüb. APA-nın məlumatına görə, Yaponiya telekanalları görüşü canlı yayımlayıb. İki lider demarkasiya xəttinin müxtəlif tərəflərində duraraq bir-birlərinin əllərini sıxıb, daha sonra isə D. Tramp ilk addımı atıb. Bununla da D. Tramp Şimali Koreyaya səfər edən […]

Dünya

Açıq danışmalıyam, İranla müharibə… – Esper

Açıq danışmalıyam, ABŞ İranla müharibə istəmir. Ancaq bölgədəki qüvvələrimizi və maraqlarımızı qorumağa hazırıq. Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı Mark Esper bildirib. Esper İranın mövqeyinin bir çox ölkələrə təsir etdiyini və bunun problem olduğunu qeyd edib: “Heç kim ABŞ-ın təmkinli davranmasını zəiflik kimi qəbul etməsin”.

Dünya

Merkel və Tramp görüşdü

G20 sammiti çərçivəsində Almaniya kansleri Angela Merkellə ABŞ Prezidenti Donald Tramp görüşüb. Axar.az xəbər verir ki, bu məlumatı Ağ Evin mətbuat xidməti yayıb. Görüş zamanı əsas müzakirə mövzusu İran, Liviya və Ukrayna olub. Tərəflər həmçinin Çinlə aparılan ticarət danışıqlarını, eləcə də dünya ticarəti üçün ədalətli standartların yaradılmasını müzakirə ediblər.

Dünya

Sülhlə savaşın kəsişməsindəyik – Szinpin

Fars körfəzi ölkələri sülh və müharibənin kəsişməsindədirlər. Axar.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin deyib. “Hazırda beynəlxalq vəziyyət həddən artıq çətin və dayanıqsızdır. Fars körfəzi regionunda situasiya xüsusilə həssasdır. Bu bölgənin dövlətləri sülhlə savaşın kəsişməsindədirlər. Çin sülhün tərəfdarıdır və müharibəyə qarşı çıxır”, – deyə o bildirib.

Dünya

Tramp yenə İranla bağlı o sözü dedi

İran ətrafında yaranan situasiya ilə bağlı heç bir tələsən yerimiz yoxdur. Axar.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Sindzo Abe ilə görüşü zamanı ABŞ Prezidenti Donald Tramp deyib. “Heç bir tələsən yerimiz yoxdur. Zamanla bağlı bizə heç bir təzyiq yoxdur. Ümid edirəm ki, sonunda istəyimizə çatacağıq. Əgər belə olsa, əladır, əgər alınmasa, siz biləcəksiniz”, […]