Dünya

Sudanda iğtişaşlar zamanı beş nümayişçi öldürülüb

Sharing is caring!

Sudanda etirazçılarla təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında baş verən toqquşmalar nəticəsində beş nəfərin öldürülüb.

Xeberal “interfax.ru”ya istinadən xəbər verir ki, ölənlərin sayının artacağı istisna edilmir.

Bildirilir ki, çevriliş edərək hakimiyyətə gələn orduya qarşı etiraz edən on minlərlə vətəndaş hərbçilərin silahlı hücumuna məruz qalıb. Ağır xəsarətlər alan nümayişçilərin böyük əksəriyyəti paytaxt Xartum və digər şəhərlərdə xəstəxanalara yerləşdiriliblər.

Etirazçıların əsas tələbi hərbi hökumətin mülki hökumətlə əvəzlənməsidir.

Xatırladaq ki, aprel ayında Sudan ordusu, dövlət başçısı Ömər əl-Bəşirin devirərək ölkədə hakimiyyəti ələ alıb. Ondan sonra ölkədə kütləvi etirazlara başlayan kütlə mülki hakimiyyət orqanının yaradılmasını tələb edir.

“BBC”nin məlumatına görə, iyunun əvvəlindən bu yana Xartumda ən azı 100 etirazçı öldürülüb. Sudan Hərbi Şurası hadisə ilə əlaqədar istintaq aparılacağını vəd etsə də konkret addım atılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir