Dünya

ABŞ Senatı da Türkiyəyə “F-35” verilməsini qadağan etdi

ABŞ Senatının qəbul etdiyi 2020-ci il müdafiə büdcəsi layihəsində Türkiyəyə beşinci nəsil “F-35” təyyarələri və müvafiq texnologiyaların verilməsı qadağan edilib. “RİA “Novosti” xəbər verir ki, Konqresin yuxarı palatasında keçirilən səsvermənin yekununda 86 senator sənədin lehinə, 8-i əleyhinə səs verib. Bundan sonra Senat və Nümayəndələr Palatası birgə sənəd üzərində işləyib onu prezidentin imzalaması üçün təqdim edəcəklər.

Dünya

Putinlə Trampın görüşü başladı

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçirilən “Böyük iyirmilik” (G20) sammitində əvvəlcə ayaqüstü söhbət ediblər. Life.ru xəbər verir ki, iki lider sammitin başlanğıcında xatirə fotoları çəkdirib. Sonra iki ölkənin liderlərinin görüşü başlayıb. Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə […]

Dünya

Vyanada güclü partlayış: 10 nəfər yaralandı

Avstriyanın paytaxtı Vyanada beşmərtəbəli binada güclü partlayış olub. Xeberal xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb. Binanın bir hissəsi partlayışın gücündən qismən dağılıb. Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr əhatəyə alınıb. Yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisəyə qaz sızması səbəb […]

Dünya

İstanbulda yol qəzasında 10 nəfər yaralanıb

İstanbulun Tuzla rayonunun Yayla məhəlləsində yerli vaxtla saat 17.00 radələrində yük maşını yol ayrıcında xalq avtobusuna çırpılıb və avtobusu yol boyu bir qədər sürüyüb. APA-nın məlumatına görə, zərbənin təsirindən yoldan çıxan avtobus dayanacaqda duran başqa bir avtobusa çırpılıb və zəncirvari qəza meydana gəlib. Faciəli qəzada 10 nəfər yaralanıb. Faktla bağlı araşdırmaya başlanılıb.

Dünya

Fransa məhkəməsi Parisdəki hava çirkliliyinə görə dövlətin məsuliyyət daşıdığını bildirib

Fransa məhkəməsi 52 yaşlı qadının və onun 16 yaşlı qızının 2012-2016-cı illərdə Parisdə, eləcə də ətrafında havanın çirkliliyinə görə dövlətə qarşı qaldırdıqları idia üzrə hökmünü elan edib. Xeberal “Anadolu” agentliyinə istinadla xəbər verir ki, məhkəmə havanın çirklənməsinə görə dövlətin məsuliyyət daşıdığını bildirib. Qərarda qeyd edilib ki, Fransa dövləti tərəfindən Paris və ətrafındakı havanın çirklənməsinin qarşısının […]

Dünya

Rusiyada baş vermiş təyyarə qəzasında 2 nəfər ölüb, 22-si yaralanıb

Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib. Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib. Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub, 22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. İlkin məlumata görə, təyyarə […]

Dünya

Meksikada güclü fırtına iki nəfərin ölümünə səbəb olub

Meksikanın Reynos şəhərində (Tamaulipas ştatı) güclü qasırğa nəticəsində azı iki nəfər ölüb. Şəhərin 57 rayonu qasırğadan ciddi ziyan görüb. Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Reynos şəhərinin mülki müdafiə xidmətinin koordinatoru Federiko Peres Losano məlumat yayıb. Onun sözlərinə görə, ölənlərdən biri su axınında boğulub, digəri isə axına düşən avtomobilindən vaxtında çıxa bilməyib. […]

Dünya

Ruhani sərhədlərin pozulacağı təqdirdə ABŞ-a qətiyyətlə cavab veriləcəyini deyib

Rəsmi Tehran ölkə sərhədlərinin ABŞ tərəfindən təkrar pozulacağı təqdirdə qətiyyətlə cavab verəcək. Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, söhbət İranın hava məkanının ABŞ tərəfindən pozulması ehtimalından gedir: “İran hərbi qüvvələri onlara qarşılıq verəcək”. Ruhani bildirib ki, vurulmuş ABŞ PUA-sı da İranın hava məkanını pozmuşdu.

Dünya

Misirdə terrorçuların hücumu nəticəsində 6 əsgər öldürülüb

Misirdə, Sinay yarımadasının şimalında terrorçuların hücumu nəticəsində güc strukturlarının 6 üzvü öldürülüb. Xeberal “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı ölkənin təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb. Bildirilir ki, hücum Şimali Sinayın ən böyük şəhəri olan Əl-Arişadakı 3 nəzarət postlarında törədilib. Atışma zamanı, həmçinin yeddi terrorçu məhv edilib, onlardan ikisinin üzərində […]

Dünya

Türkiyədə qeyri-leqal miqrantların olduğu avtomobil qəza törədib, azı 10 ölü, 30 yaralı var

Türkiyənin Ədirnə şəhərinin Meriç bölgəsində ağır yol qəzası baş verib. Xeberal “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qanunsuz miqrantların olduğu avtomobilin qəzaya uğraması nəticəsində azı 10 nəfərin öldüyü və 30 nəfərin də xəsarət aldığı deyilir. Hələlik kimliyi müəyyən edilməyən sürücü idarə etdiyi avtomobilin sükanına nəzarəti itirib və avtomobil divara çırpılıb. Hadisə yerinə polis və təcili […]