Dünya

Hindistanda avtobusun dərəyə aşması nəticəsində 24 nəfər ölüb

Sharing is caring!

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir əyalətində bu gün səhər saatlarında ağır yol qəzası baş verib.

Xeberal “TASS”-a istinadən xəbər verir ki, dağ yolu ilə hərəkətdə olan sərnişin avtobusu dərəyə yuvarlanıb.

Kiştvar rayonunda qeydə alınan hadisə nəticəsində ən azı 24 sərnişin həlak olub.

Hazırda xilasedicilər hadisə yerindədirlər. Polis tərəfindən qəzanın səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir