Dünya

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Sharing is caring!




“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.

Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbəti tapmağa kömək etməlidir. Ümumilikdə üç filtr – “Hamı”, “Oxunmamış” və “Qruplar” əlavə edilib.

“Hamı” filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək. “Oxunmamış” seçimini etsəniz, cavabsız qalan çatlar – oxunmamış mesajlar və istifadəçi tərəfindən “oxunmamış” kimi qeyd olunan mesajlar göstəriləcək.

Üçüncü filtr, “Qruplar” icma altqrupları da daxil olmaqla, bütün qrup yazışmalarını göstərir.

Mesencerin yaradıcıları qeyd ediblər ki, istifadəçilər uzun müddətdir ki, belə funksiyanı istəyirlər.

Tərtibatçılar gələcəkdə yeniliyi təkmilləşdirməyə söz veriblər, lakin hələlik funksiya təşəkkül mərhələsindədir, ona görə də “WhatsApp” istifadəçiləri üçün yaxın gələcəkdə əlçatan olacaq.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir