Dünya

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki kabinetində özünü güllələdi – FOTO

Sharing is caring!


Ukrayna paytaxtı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki ofisində özünü güllələyib.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.

“Hadisə avqustun 25-də baş verib. Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi rabitə şöbəsinin rəis müavini Dmitri Bakaev iş otağında başından güllə yarası ilə tapılıb. Təhlükəsizlik Xidməti əməkdaşı “Makarov” tapançası ilə özünü güllələyib, bu, onun xidməti silahı olub”, – deyə mənbə bildirib.

Bildirilib ki, kabinetdə meyitin yanında hesabat şəklində intihar məktubu tapılıb. Məktub Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuka ünvanlanıb.

Məktubda Bakaev ölümündə rəhbərliyi günahlandırıb və ona qarşı qərəzli münasibətdə, daim şərəf və ləyaqətinin alçaldılmasında ittiham edib.

“Hazırda istintaq intiharın səbəblərini müəyyənləşdirir, artıq Təhlükəsizlik Xidmətinin bir neçə əməkdaşı dindirilib”, – deyə mənbə qeyd edib.

Daha sonra Ukrayna Təhlükəsizlik Xidmətinin Mətbuat Xidməti polkovnikin intiharı ilə bağlı verdiyi açıqlamada hadisənin Milli Polis tərəfindən araşdırıldığını nəzərə çatdırıb.

Məbə: Strana.today.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir