Cəmiyyət

“Azərbaycanda investorlar var, startapçılar isə çatışmırlar” – “Kaspi”nin MÜSAHİBƏSİ + FOTO

Orta təhsilini Xırdalan şəhər 2 saylı tam orta məktəbdə alıb. Məktəbi fərqlənmə ilə bitirib. 642 bal toplayaraq Qafqaz Universitetinin Mexanika mühəndisliyi ixtisasına qəbul olub. Elə hər şey bundan sonra başlayıb. Müsahibimiz bu il “Gənclər üçün Prezident mükafatı”na layiq görülən Tariyel Ağazadədir. O, 2020-ci ildə Azərbaycan İnnovasiya Mükafatı üzrə “İlin influenseri” adına da layiq görülüb. 2022-ci […]

Cəmiyyət

Hərbçilərə yeni mənzillər verilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrdə qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillər təqdim edilib. “Report” xəbər verir ki, təqdimatda Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev, Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov və digər vəzifəli şəxslər iştirak ediblər. “Hərbi qulluqçulara dövlət hesabına daimi mənzillər verilir. Ötən […]

Cəmiyyət

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 15-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 4 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Xeberal.az

Cəmiyyət

Hacıqabulda gənc qız kəskin tənəffüs çatışmazlığından ölüb

Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb. APA xəbər verir ki, rayonun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Xanımnaz Ceyhun qızı Əhmədova ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib. Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı Hacıqabul Prokurorluğu tərəfindən araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Ramazan ayının altıncı gününün iftar və namaz vaxtları – FOTO

Bu gün Ramazan ayının altıncı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 16-da iftar vaxtı saat 19:03-dədir Martın 16-sı üçün namaz vaxtları:  Sübh azanı 05:30 Zöhr azanı 12:49 Əsr azanı 17:02 Məğrib azanı 19:03 İşa azanı 20:04 İftar vaxtı üçün duanı təqdim edirik: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. […]

Cəmiyyət

“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb – FOTO

“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhərrəm Rüstəmli saxlanılıb. Onun avtomobilinə baxış zamanı altı kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki […]

Cəmiyyət

Xəzər dənizi yox olacaq? – “Proses 2050-ci ilə qədər davam edəcək” – AÇIQLAMA + FOTO

Son 10 il ərzində Xəzərin səviyyəsinin bir metrdən çox düşməsi ilə bağlı məlumatlar var. Buna səbəb kimi səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin isə artmasını göstərirlər. Hətta bildirilir ki, tədbir görülməsə, Xəzər dənizinin böyük bir hissəsi yox ola bilər. Ümumiyyətlə, qışda yağıntılar çox olduğundan Xəzərin suyu artmalıdır, lakin əksi ilə rastlaşırıq. O zaman sual […]

Cəmiyyət

Görkəmli pianoçu, caz ustası Vaqif Mustafazadənin doğum günüdür – VİDEO

Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan görkəmli pianoçu, caz ustası Vaqif Əziz oğlu Mustafazadənin doğum günüdür. Oxu.Az xatırladır ki, Vaqif Mustafazadə 1940-cı ildə Bakıda anadan olub. O, ilk musiqi təhsilini anası Zivər xanımdan alıb. Mahir pianoçu olan Zivər xanım Vaqifə xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların – İ.S.Baxın, L.V.Bethovenin, […]

Cəmiyyət

Gəncədə ev yandı: Xəsarət alan var

Gəncə şəhərində yanğın hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Çarıqçılar küçəsində qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və canlı qüvvəsi cəlb olunublar. Yanğın söndürülüb, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Hadisə vaxtı ev sahibi, 79 yaşlı Fazil Kazımov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəstəxanaya […]

Cəmiyyət

Hacıqabulda TIR piyadanı vuraraq öldürüb

Hacıqabulda yük maşını piyadanı vurub. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Padar kəndindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşının idarə etdiyi beynəlxalq yükdaşımaları həyata keçirən (TIR) yük avtomobili yolu keçən piyadanı vuraraq öldürüb. Ölən şəxsin kimliyi məlum deyil. Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirlib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma […]