Cəmiyyət

14 yaşlı Nurəlinin anası fəryad edir: “Bəzən günlərlə yemək ala bilmirik” – FOTO

14 yaşlı yeniyetmənin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə Oxu.Az-a Nurəli Baxşəliyevin anası Aytən Baxşəliyeva məlumat verib. O bildirib ki, övladı dörd ildir böyrək çatışmazlığından əziyyət çəkir. “Biz Sabirabad rayonunda yaşayırıq. Dörd il əvvəl övladımın böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Övladımın xəstəliyini bildiyimiz ilk gündən müalicələrini etdirsək də, artıq tükənmişik. İnanın, maddi gücümüz artıq qalmayıb. […]

Cəmiyyət

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir. Bu barədə Oxu.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir. Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq […]

Cəmiyyət

Yasamaldakı “ASAN xidmət” mərkəzi bağlanacaq – SƏBƏB

Bakının Yasamal rayonundakı 3 saylı “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar bağlanacaq. Bu bardə Oxu.Az-a “ASAN xidmət” mərkəzindən məlumat verilib. Bildirilib ki, zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq: “Vətəndaşlarımız qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Hazır sənədlərini 3 saylı “ASAN xidmət” […]

Cəmiyyət

Gəncədə 24 il əvvəl qətl törədən şəxsə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirləndirilən Elsevər Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs […]

Cəmiyyət

Bakı-Sumqayıt yolunda “Prius” sürücüsü qəzaya səbəb oldu: Xəsarət alan var – FOTO

Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə zamanı “Toyota Prius” və “Opel” markalı avtomobillər toqquşublar. Qəzanın “Toyota Prius” markalı maşının sürücüsünün ara məsafəsi gözləməməsindən baş verdiyi deyilir. Şosedə hərəkətdə olan “Toyota”nın sürücüsü maşınını eyni zolaqda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpıb. Zərbə o qədər güclü olub […]

Cəmiyyət

Sabiq məcburi köçkün: “Sözlə ifadəedilməz sevinc hissləri yaşayıram”

“Sözlə ifadəedilməz sevinc hissləri yaşayıram”. “Report” xəbər verir ki, bu barədə doğma yurduna qayıdan Laçın sakini Cəvahir Həsənli söyləyib. “O qədər sevincli hisslər yaşayıram ki, onu sözlə ifadə edə bilmirəm. Neçə il aradan sonra doğma yurduma qayıtdığıma görə çox xoşbəxtəm. Nəhayət, 32 illik həsrətə son qoyulur”, – təqaüdçü qeyd edib. Daha öncə Laçında abadlıq-quruculuq işləri […]

Cəmiyyət

Laçın sakini: “Yerli “İsveçrəmizə” qayıdıram”

“Laçın yerli “İsveçrəmizdir”, doğma yurduma qayıdıram”. “Report” xəbər verir ki, bu barədə doğma yurduna qayıdan Laçın sakini Bəşir Bəşirov söyləyib. “Laçın daim İsveçrə ilə müqayisə olunub. Oralar bizim yerli “İsveçrəmizdir”. Məmləkətimizə qayıtdığımıza görə çox şadıq”, – sabiq məcburi köçkün vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti bölgəni daha da abadlaşdıraraq İsveçrə səviyyəsinə çatdırıb. Xatırladaq ki, bu […]

Cəmiyyət

Keçmiş məcburi köçkün: “Növbəti çərşənbələrimizi artıq Laçında qeyd edəcəyik”

“32 il idi ki, Laçını görmürdük, indi gözəl vətənimizə – Laçınımıza qayıdırıq”. “Report” xəbər verir ki, bu barədə Laçın sakini Bəşirova Şəkər danışıb. Doğma yurduna qayıdan keçmiş məcburi köçkün Azərbaycan ordusunun şəhid olmuş hərbi qulluqçularına rəhmət, qazilərə isə şəfa diləyib. O, həmçinin, yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. “Növbəti çərşənbələrimizi tonqaldan tullanaraq […]

Cəmiyyət

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb – FOTO

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb. “Report” xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür. Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın Rayon İcra […]

Cəmiyyət

Stresi azaldan 10 qida AÇIQLANDI

Bir çoxumuz streslə mübarizə üsulu olaraq şəkər, un və yağ tərkibi yüksək olan qidalara müraciət edirik. Bu qidaların piylənmə, şəkər kimi bir çox xəstəliklərin yolunu açdığı dəqiqdir. Oxu.Az xəbər verir ki, stresin artdığı dövrlərdə stres səviyyəsini azaldan qidaların seçilməsi son dərəcə əhəmiyyətlidir. Stresin azalmasında faydalı olduğu qidaları təqdim edirik: Balqabaq toxumu: Stres zamanı yüksələn və stres əlamətlərini azaldan kortizol […]