Araşdırma

Qazax İcra Başçının müavini Məmməd Aliyevin bacısı oğlu həm Bələdiyyə sədri, həmdə xəstəxanada işləyir? – ARAŞDIRMA

Xəbəral.az -a Qazax rayonundan verilən məlumata görə, Qazax rayon icra başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin doğma bacısı oğlu Kamil Eyyubov, gənc olmasına baxmayaraq, rayonda iki vəzifə sahibidir. Belə ki, o həm Qazax rayon Mərkəzi Xəstəxanada, həm də rayonun ən böyük kəndi olan Daş Salahlı kəndinin bələdiyyə sədri vəzifəsində işləyir. Maraqlı odur ki, alimlər, […]

Araşdırma

“İsmayıllı Tikinti-27″ASC-nin Keyfiyyətsiz beton qalmaqalı, rüşvət ittihamı… – 3,6 milyonluq məktəb

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Astara rayonunun Sərək kəndində 264 şagird üçün nəzərdə tutulan tam orta məktəbin tikintisi ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi “İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 648 949,27 AZN-dir. İqtisadiyyat Nazirliyi […]

Araşdırma

“Şamaxı şoru” niyə Bərdədə İSTEHSAL olunur? – DƏLİXANADIR, VALLAH…

El arasında “Şamaxı şoru” brend adı ilə məşhurlaşan məhsul Bərdədə istehsal olunur. Bu barədə sözügedən qida məhsulunun etiket məlumatında qeyd olunub. Bərdə şəhəri Həzi Aslanov küşəsi 119 ünvanında istehsal olunan “Şamaxı şoru” fiziki şəxs Cabbarov Rasim Cabbar oğluna məxsusdur. Ölkənin iri marketlərində satışa çıxarılan məhsulun aid olduğu məkanla, istehsal olunduğu yerin fərqli olması maraq və […]

Araşdırma

“İnşaat Konstruksiyaları” MMC vətəndaşları aldadır? – Bir mənzilin bir neçə şəxsə satıldığı deyilir

Yasamal rayonu Şərifzadə 33 ünvanında pilot layihə əsasında tikilən binanın sakinləri mənzillərinə 8 ildir köçə bilmir. 2016-cı ildə “alimlərin yataqxanası” kimi tanınan bina pilot layihə adı altında söküləndə “İnşaat Konstruksiyaları” MMC sakinlərə 1 il 6 ay ərzində yeni mənzillərinə qovuşacaqları vədini vermişdi. Üstəlik, sakinlər binadan etirazlarına rəğmən məcburi şəkildə köçürüldüklərini deyirlər. 8 il ərzində tikilməkdə […]

Araşdırma

Nizaminin icra başçısı rayonu GİZLİCƏ SATIR… – BU DA FAKT!!!

2015-ci ildə baş verən devalvasiyalardan öncəki plana görə, Bakıda və Bakıətrafı qəsəbələrdə 5 mərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilir. 2016-cı ildə Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral […]

Araşdırma

Deputat Nyu-Yorkdakı villası üçün 28 min dollardan çox əmlak vergisi ödəyir? – FOTOLAR

70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov 2017-ci ildə ABŞ-ın Nyu-York şəhərində satın aldığı ev üçün hər il 28 min dollardan çox əmlak vergisi ödəməlidir. Xəbəral.az xəbər verir ki, Məşhur Məmmədovun satın aldığı ev Nyu-Yorkun ikinci ən böyük parkı hesab olunan “Hudson River Park”a yaxın ərazidə yerləşir. Deputatın villası Hudson çayından təxminən […]

Araşdırma

“Veysəloğlu” şirkətini böyük vergi bəlası gözləyir…

Aydın Talıbov, bütün əmlakını satsan da, vergidən gizlətdiyin pulları ödəyə bilməyəcəksən… Dədə Aşıq Ələsgər “Köhnə dağarcığı tumaş yerinə, satma..”, deyəndə elə bil Veysəl müəllimin oğlu Aydın Talıbovu nəzərdə tuturmuş. Bəli, “Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbov millətimizin arasına sanki ayrıseçkilik toxumu səpir, millətimizi ağ və qaraya bölür, 1-ci və 2-ci sort insanalara ayırır… Belə ki, […]

Araşdırma

YAP Nizami Rayon Təşkilatının binası ilə bağlı görünməmiş FIRILDAQ – Sədaqət Vəliyevanın və yeni sədrin “TAM MƏXFİ” özəlləşdirmə əməliyyatı

Hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının indiki və keçmiş sədrinin mərkəzi aparatdan gizli şəkildə pul qazanmaq məqsədilə maraqlı bir alqı-satqı əməliyyatı həyata keçirdiklərinə dair məlumat əldə etmişik. Söhbət YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsinin özəlləşdirilərək satllmasından gedir. Təsəvvür edirsiz? Bu barədə Xəbəral.az-a göndərilən məqalədə deyilir. Hazırda deputat kimi fəaliyyət göstərən Sədaqət Vəliyeva […]

Araşdırma

KTN sistemində nazirin sözü KEÇƏRLİ DEYİLMİ? – İLGİNC İDDİALAR…

Kənd Təsərrüfatı Nazirliyinə dair bəzi informasiyalar gəlməkdədir.Geniş tərkibdə kadr dəyişikləri olacaq və s. Bununla bərabər, nazir Məcnun Məmmədovun təyin etdiyi kadrların nədənsə qısqanclıqla qarşılanması xəbəri də var.Xəbəral.az-ın Faktinfo.az saytına istinadən məlumatına görə, sentyabr ayının əvvəli “Aqroservis” ASC-yə İlqar Məhərrəmovun sədr müavini təyin edilməsi, bir neçə gün sonra isə ASC-nin sədri Elmin Rəhmanova yaxın olduğu söylənilən […]

Araşdırma

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini neçə milyon manat mənimsəyib?

Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq baş mühasibi Gülnarə Bayramova və Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.  APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin […]