Araşdırma

“Veysəloğlu” şirkətini böyük vergi bəlası gözləyir…

Sharing is caring!

Aydın Talıbov, bütün əmlakını satsan da, vergidən gizlətdiyin pulları ödəyə bilməyəcəksən…

Dədə Aşıq Ələsgər “Köhnə dağarcığı tumaş yerinə, satma..”, deyəndə elə bil Veysəl müəllimin oğlu Aydın Talıbovu nəzərdə tuturmuş.

Bəli, “Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbov millətimizin arasına sanki ayrıseçkilik toxumu səpir, millətimizi ağ və qaraya bölür, 1-ci və 2-ci sort insanalara ayırır…

Belə ki, Şirkətlər Qrupunun tabeçiliyində olan “Araz” marketləri imkanlı, varlı şəxslər üçün, “Oba” marketləri isə 2-ci sort adamlar üçün nəzərdə tutulub. Və ən dəhşətlisi odur ki, “Araz” marketlərində vaxtı keçmiş, köhnəlmiş, keyfiyyətini itirmiş məhsulları “Oba” marketlərində kasıb, imkansız təbəqəyə satır.

Yəni “Oba” marketlərini əsasən kasıb, imkansız təbəqənin yaşadığı ərazilərdə açmağa üstünlük verir.

Görəsən, bu məsələdə “Veysəloğlu” niyə “Bravo”dan nümunə götürmək istəmir ?

Bəlkə, Veysəl müəllimin oğlu “Bravo”ya meydan oxumaq istəyir ? “Bravo” kasıba, varlıya fərq qoymadan HAMININ YANINDADIR.

Bütün bunlar azmış kimi, Veysəl müəllimin oğlunun marketlərində satılan kolbasa və sosiskalara baxanda adam məəttəl qalır.

Əgər bu ucuz kolbasalar ƏT-dəndirsə, bu necə ola bilər..?

Axı, ətin 1 kilosu ilə kolbasanın 1 kilosunun qiyməti arasında tərs mütənasiblik var. Deməli, ya bu kolbasa ətdən hazırlanmır, ya da Veysəl müəllimin oğlu bu məhsullara nəsə qatır…

Ona görə, yazının girişində köhnə dağarcığı misal çəkdik..Nə isə keçək əsas mətləbə.

Görək, Aşıq Ələsgərdən sonra hörmətli iqtisadiyyat nazirimiz Mikayıl Cabbarov Veysəl müəllimin oğlu barəsində nə deyir: Bir il öncə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi şirkətlərində audit yoxlamaları həyata keçirilib.

Məlumata görə, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb. Araşdırmalar zamanı məlum olub ki, Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə özünün iqtisadi fəaliyyətini həyata keçirib. Yəni, Veysəloğlu Şirkətlər Qrupu məhsullarını satış məqəsdilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin Veysəloğlu Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub.

Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, Veysəloğlu Şirkətlər Qrupuna 2 milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib.

Həə, buna nə deyirsən, cənab Veysəl müəllimin oğlu ? Bunu biz demirik ee, Mikayıl Cabbarov deyir. 2 milyon hələ bir yoxlamanın nəticəsidir və bircə anbara aiddir. İndi fikirləş ki, 100-lərlə “Araz” və “Oba” supermarketləri yoxlanılsa, ortaya hansı rəqəm, hansı sanksiyalar çıxıacaq..?

Onda bütün əmlakını da satsan, vergi borcundan canını qurtara bilməyəcəksən. Biz hələ Əmək Müfəttişliyini demirik ee… Veysəl müəllimin oğlu, özün öz dilinlə deyirsən ki, 17 min nəfər işçin var. Çox gözəl.

Əgər Əmək Müfəttişliyi xırda bir yoxlama aparsa, (əgər aparmaq istəsə biz ünvanı göstəririk, birbaşa Veysəloğlu şirkəti) bəlli olacaq ki, sənin “qara mühasibat”lığın dövlətə milyonlarla ziyan vurub. Kağızda yazdığın əmək haqqı ilə real əmək haqqı arasında fərq ən azı 3 rəqəmlidir. İndi onu da vur 17 min nəfərə. Gör hansı rəqəm alınacaq ?

Biz hələ 30-35 min avroluq maaşlardan danışımırıq.

Bəli, xaricdən dəvət etdiyin əcnəbi “revizora” ayda 35 min avro maaş verirsən. “ARAZ” marketlərləri ticarət qrupunun baş direktoru Rəşad adlı şəxsə 30 min manat maaş verirsən. Və Rəşadın həyat yoldaşı, Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının 7 üzvündən biri olan xanıma da 30 min manat maaş verirsən. Bunların vergisini necə hesablayırsan, cənab Aydın Talıbov ? Adi arfimetikadan-hesabdan başı çıxanlar bilir ki, sənin şirkətlərin hər ay külli miqdarda vergidən yayınır.

Sən və qardaşın bir neçə il əvvəl “Neftçilər” və “ 28 May” metro stansiyalarının ətrafında “şmotka” alveri edirdiniz. Azərbaycan dövləti siz qardaşlara hər cürə şərait yaratdı ki, siz də dövlət büdcəsinə kələk gələsiniz?

Dövlət sizlərə şərait yaratdı ki, siz marketlərinizdə qiymətləri süni şəkildə bahalaşdırıb əhalini dövlətdən narazı salasınız ? Axı, ölkə başçısı dəfələrlə xəbərdarlıq edib ki, süni bahalaşmaya yol verməyin…

Siz isə son 4 ay ərzində qiymətləri 40 faiz bahalaşdırmısınız. Bütün bunları buraxaq dövlət qurumlarının öhdəsinə. Cənab Aydın Talıbov !

Biz Gündəlik-Bakı olaraq sizin personanızla, şəxsi həyatınızla bağlı yazmırıq və yazmaq fikrimiz də yoxdur. Biz dövlət üçün mühüm əhəmiyyət kəsb edən vergilərdən, istehlakçıların pozulan hüquqlarından, qara mühasibatlıqdan yazırıq. Sən isə bu əməllərə son qoymaq əvəzinə mətbuatdakı trolların vasitəilə bizə müxtəlif təkliflər ünvanlayırsan. Sözün varsa, buyur açıq fikirlərini bildir və biz də KİV haqqında qanuna uyğun olaraq işıqlandıraq. Bu qədər sadə. Amma bizim adımızdan kimlərəsə nəsə paylama, özünü xərcə salma. Bizim kiminsə verəcəyinə ehtiyacımız yoxdur, dövlətin vergisini ödəsən yetər. Amma sənə xəbərdarlıq edirik ki, rəhbərlik etdiyin Şirkətlər Qrupunu böyük vergi bəlası gözləyir. Qarşıdan ciddi vergi qasırğası gəlir, şirkətində tozanaq qoparacaq. Və bütün olub-qalanını satsan da bundan qurtara bilməyəcəksən.P.S Hörmətli Veysəloğlu şirkətinin başbilənləri, biz bu yazıları dərc etməklə özümüzə heç nə istəmirik, amalımız ölkəmizdə qida məhsullarının vətəndaşlarımıza sağlam və təmiz çatdırılmasıdır.

İnanin, bizim sizinlə heç bir qəsdi-qərəzliyimiz yoxdur. Redaksiyamızın qapıları hər an üzünüzə açıqdır. Bizim bir arzumuz var, nə olardı bizim də ərzaq mağazalarımızda Alman mağazalarında olduğu kimi dürüstlük, təmizlik, təhlükəsizlik olsun. 10 manatlıq ətdən 7 manatlıq kolbasa hazırlanıb satılmasın. Vaxtı keçmiş ərzaq məhsullarının dükanlarınızda satılmasını istəmirik. Bu bir vətəndaş olaraq bizim haqqımızdır. Hamılıqla bu tipli məsələlərə qarşı mübarizə aparıb, cənab Prezidentimizin yanında olsaq Allaha da xoş gedər. Sizdən bir xahişimiz də ondan ibarətdir ki, bu yazılarla bağlı heç kimə xahiş etməyin, onsuz da eşidən deyilik. Qurdlu şokoladları yeməyək.//pia.az//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir