Araşdırma

YAP Nizami Rayon Təşkilatının binası ilə bağlı görünməmiş FIRILDAQ – Sədaqət Vəliyevanın və yeni sədrin “TAM MƏXFİ” özəlləşdirmə əməliyyatı

Sharing is caring!

Hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının indiki və keçmiş sədrinin mərkəzi aparatdan gizli şəkildə pul qazanmaq məqsədilə maraqlı bir alqı-satqı əməliyyatı həyata keçirdiklərinə dair məlumat əldə etmişik. Söhbət YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsinin özəlləşdirilərək satllmasından gedir. Təsəvvür edirsiz?

Bu barədə Xəbəral.az-a göndərilən məqalədə deyilir.

Hazırda deputat kimi fəaliyyət göstərən Sədaqət Vəliyeva o zamanlar köməkçisi, sonra isə YAP Nizami RT-nin aparat rəhbəri olmuş hazırkı sədr Ramil Vəlibəyovla əlbir olaraq, Hakim partiyanın əmlakının nəzərəçarpacaq dərəcədə böyük hissəsini baba mirası, ata mülkü kimi satıblar və bu maxinasiya partiyanın mərkəzi aparatından gizlədillib. Soruşacaqsınız ki, necə? Darıxmayın, keçmiş sədrin öz köməkçisi ilə birləşərək, əmlak bazarına girişməsinin detallarını ardıcıllıqla nəzərinizə çatdıracağıq. Onu da deyək ki, bu ekzotik cütlükün əmlak satışından başqa,mərkəzi aparatın xəbəri olmadan digər əməliyyatlar da həyata keçiriblər. Keçmiş sədr öz köməkçisi ilə birgə Yap Nizami rayonu Təşkilatını ticarət, iaşə obyekti kimi idarə edib. Sədr öz köməkçisinin əli ilə rayonun biznes stukturlarını, maşın alverçilərini “ partiya ehtiyaclarının ödənilməsi” adı altında inək kimi sağıblar. Hətta “aylığa” otuzdurduqları şirkət rəhbərləri də var və bu pullardan bir qəpik belə mərkəzi aparata ödənilməyib, Vəliyeva-Vəlibəyov cütlüyü hamısını həzm-rabedən keçiriblər.
Qayıdaq bina məsələsinə, daha doğrusu özü boyda da yerin altında olan Sədaqət Vəliyeva ilə onun pulyığan maşını olan, sonra da özünün yerinə sədr gətirdiyi Vəlibəyovun maklerlik fəaliyyətinə. Yox, onlar partiyanın əmlakını Neftçilərdəki məşhur maklerlər bağında satmayıblar. Əməliyyat unikal şəkildə və “TAM MƏXFİ” qrifi altında həyata keçirilib.Əvvəlcə, sözügedən binanın, yəni Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti 2P ünvanındakı rayon təşkilatının binasının bir hissəsi vətəndaş Əliyev Adəm Bayram oğluna satılıb və onun adına özəlləşdirmə aparılıb. Əliyev Adəm Bayram oğlunun adına olan çıxarışdan da görünür ki,özəlləşdirilmiş hissə 26.06.2013-c ildə rəsmi qeydiyyata alınıb(Çıxarış əlavə olunur – Red). Beləcə həmin vaxt YAP Nizami rayon təşkilatının sədri olmuş Sədaqət Vəliyeva və onun köməkçisi- aparat rəhbəri, hazırda isə sədr olan Ramil Vəlibəyovla birgə hakim partiyanın əmlakı sırasında olan binanı mərkəzi aparatdan gizli şəkildə parçalayaraq satıb və əldə olunan vəsaitdən şəxsi məqsədlər üçün yararlanıblar. Kənardan əlbəttə ki, bina bütöv görünür və belə təsəvvür yaranır ki, göz oxşayan tikili bütövlüklə YAP Nizami rayon təşkilatına məxsusdur. Lakin sənədlər bunun əksini sübut edir. Yeri gəlmişkən YAP-ın əmlakı üzərində mülkiyyətçi hüququ qazanmış Adəm Əliyevin kimliyi məlum deyil…
Qeyd edək ki, həmin özəlləşdirilmiş hissədə son dövrlərə qədər millət vəkili Könül Nurullayevanın qərargahı yerləşirdi. Könül xanım orada seçiciləri ilə görüşürdü. Lakin hansı səbəblərdən millət vəkili bir müddət əvvəl həmin ünvandan çıxarılıb və hazırda xanım Nurullayeva seçiciləri ilə görüşlərini hər dəfə bir ünvanda keçirir. Gah Nizami bələdiyyəsinin binasınd ona yer ayırlrlar, gah da başqa binalarda. Halbu ki, Könül Nurullayeva rayonun fəal deputatıdır və indi onun oturmaq üçün özünə yer tapa bilməməsi üzücü haldır. Sədaqət sultan isə öz yerinə otuzdurduğu Ramil Bəlibəyovla birgə şad-xürrəm vəziyyətdə ömrünü sürür.
İndi keçək məsələnin digər maraqlı məqamına. YAP Nizami rayon təşkilatında Sədaqət Vəliyevanın irsini yaşadan hazırkı sədr Ramil Vəlibəyov 2022-ci il mart ayının 3-də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin tabeliyində 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidova məktub göndərərək xahiş edib ki, hazırda YAP Nizami rayon təşkilatının istifadəsində olan hissənin YAP mülkiyyətinə verilməsinə köməklik etsin.Məktubda həmin hissə Qara Qarayev prospekti 2A ünvanı kimi göstərilib. Əvvəlcədən Adəm Əliyevin adına özəlləşdirilmiş hissə isə Qara Qarayev prospekti 2P ünvanı kimi qeyd olunur. Bunun özü də Qarayev prospektindəki binanın bütünlüklə YAP mülkiyyətində olmadığını göstərir. Ümumiyyətlə Vəliyeva-Vəlibəyov cütlüyü sözügedən binadan şəxsi məqsədlər üçün çox yararlanıblar. Məsələn binanın üzərindəki Bakcell stansiyasına görə şirkətdən icarə haqqı kimi aldıqları illik vəsaitlər də mərkəzi aparatdan gizlədilib. Kim bilir, bəlkə də Sədaqət Vəliyeva hələ də Vəlibəyovdan öz “dolyasını” alır….

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir