Araşdırma

KTN sistemində nazirin sözü KEÇƏRLİ DEYİLMİ? – İLGİNC İDDİALAR…

Sharing is caring!

Kənd Təsərrüfatı Nazirliyinə dair bəzi informasiyalar gəlməkdədir.Geniş tərkibdə kadr dəyişikləri olacaq və s. Bununla bərabər, nazir Məcnun Məmmədovun təyin etdiyi kadrların nədənsə qısqanclıqla qarşılanması xəbəri də var.
Xəbəral.az-ın Faktinfo.az saytına istinadən məlumatına görə, sentyabr ayının əvvəli “Aqroservis” ASC-yə İlqar Məhərrəmovun sədr müavini təyin edilməsi, bir neçə gün sonra isə ASC-nin sədri Elmin Rəhmanova yaxın olduğu söylənilən Ramin Əliyevin sədr müavini vəzifəsindən çıxarılması “Aqroservis”ASC-də qısqanclıqla qarşılanıb. Eləcə də, bir neçə aydan sonra İlqar Məhərrəmovun Elmin Rəhmanovu əvəzləyəcəyinə dair fikir yaranıb.

Qeyd edək ki, son illər “Aqroservis” ASC-dən narazılıqlar artıb, Prezident Administrasiyasına, saytlara şikayət ərizələri göndərilib. Qurumun Şəmkir Regional İdarəsinin Qazax rayon bölməsinin işdən çıxarılan mühasibi, Ağstafa bölməsinin mühəndis-mexaniki tərəfindən şikayətlər edilib.Həmçinin, Tovuz, Göygöl, Zaqatala, Yevlax, Ucar və bir sıra rayon bölmələrindən şikayətlər olub.

Ümumiyyətlə, “Aqroservis” ASC-nin rayon bölmələrinə son 2 ildə təyin edilən müdir və anbardarların kimliyi, hansı səbəbdən təyin edilmələri mübahisələr doğururb.O cümlədən, arpa və buğda biçini ilə bağlı kombaynların icarəyə verilməsi prosesində narazılıqlar yaranıb,kombaynların bəzi şəxslərdən geri alınması şikayətlərə səbəb olub.Eləcə də,saytlarda Xaçmazda fəhlə işləyən Bayramov Rövşən Sabir oğlu adlı şəxsin “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə 17 milyon manat civarında pambıqyığan kombaynı necə alması mübahisələndirilib.Həmçinin,gübrə satışı və s. məsələlərlə bağlı qaynar xəttə şikayətlər edilib,saytlara elektron məktublar ünvanlanıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir