Araşdırma

Qazax İcra Başçının müavini Məmməd Aliyevin bacısı oğlu həm Bələdiyyə sədri, həmdə xəstəxanada işləyir? – ARAŞDIRMA

Sharing is caring!

Xəbəral.az -a Qazax rayonundan verilən məlumata görə, Qazax rayon icra başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin doğma bacısı oğlu Kamil Eyyubov, gənc olmasına baxmayaraq, rayonda iki vəzifə sahibidir.

Belə ki, o həm Qazax rayon Mərkəzi Xəstəxanada, həm də rayonun ən böyük kəndi olan Daş Salahlı kəndinin bələdiyyə sədri vəzifəsində işləyir.

Maraqlı odur ki, alimlər, ziyalılar, neçə-neçə tanınmışlar yetişdirmiş Qazax kimi bir rayonda kadr çatışmazlığı var? Maraqlısı odur ki, adıçəkilən Kamil Eyyubov doğrudanmı hər iki işin öhdəsindən layiqincə gələ bilir?

Bəs Bələdiyyə sədri olduğu kənd və oranın əhalisi problemlərini kimə deyir?

Hər hansı bir vəzifəni əvəz etsə belə…

Başqa bir maraqlı tərəf isə odur ki, Kamil Eyyubov həftənin bütün günü səhər saat 09.00-da Qazax rayon Mərkəzi xəstəxanasında işə başlayır.

Həqiqətən maraqlı və gülməlidir ki, axşam saatlarına kimi, xəstəxanada işinin başında ola-ola, (10.000) on mindən çox əhalisi olan bir kəndin bələdiyyə işini kim görür?

Belə cıxır ki, Daş Salahlı kəndində bələdiyyə işi axşam saatlarından sonra başlayır?

Açıq aşkar görünür ki, Qazax rayon icra başçısı Rəcəb Babaşovun birinci müavini doğma bacısı oğlunun iki fərqli vəzifədə işləməsinə səbəb, yəqin ki, Kamilin dayısı başcı müavini Məmməd Alıyevin yüksək vəzifə tutmasıdır.

Xəbəral.az bildirir ki, Qazax Rayon icra başçısının birinci müavini Məmməd Alıyev bu yaxınlarda öz oğluna 120 min manat dəyərində bahalı avtomobil almaqla gündəmə gəlmişdi.

Xəbəral.az qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırdı.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir