Cəmiyyət

Bakıda ana və altı yaşlı uşağını avtomobil vuraraq KOMAYA SALDI

Sharing is caring!

Bakıda ana və azyaşlı övladını avtomobil vuraraq ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolu keçən 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun altı yaşlı övladı Əhmədov Murad Abbas oğlunu avtomobil vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q.Əhmədovaya sağ ayağın sınığı və bədənin müştərək travması, M.Əhmədova isə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və komatik vəziyyət diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir