Dünya

“Taliban” liderinin avtomobili yerin altından tapıldı

Sharing is caring!

Əfqanıstanın şərqində “Taliban” hərəkatının lideri Molla Ömərin ABŞ hərbçilərindən qaçdığı avtomobil aşkarlanıb.

O, amerikalı əsgərlər tərəfindən mühasirəyə alınarkən ağ rəngli “Toyota Corolla” ilə Qəndəhardan çıxıb.

Qaçışdan sonra avtomobil basdırılıb və iyirmi ildən çox yerin altında qalıb. Buna baxmayaraq, nəqliyyat vasitəsi hələ də yaxşı vəziyyətdədir.

Hərəkat nümayəndələri avtomobili tarixi abidə kimi Kabil Milli Muzeyində sərgiləməyi planlaşdırırlar.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir