Cəmiyyət

Azərbaycanda ərə verilən məktəbli qızla bağlı MƏLUMAT – YENİLƏNİB

Sharing is caring!

Məlumat verildiyi kimi, Sabirabad rayonu, Qəzli kəndində IX sinif şagirdinin toyunun baş tutması ilə bağlı Rayon Polis Şöbəsi tərəfindən tədbirlər icra olunub. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə toy mərasiminin keçirilməsinin qarşısının alındığını bildirib.

Qeyd edək ki, yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. 

16:51

Daxili İşlər Nazirliyi Sabirabad rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:

“Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. 

Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

14:30

Sabirabad rayonunda məktəbli qız ərə verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

O bildirib ki, toy Sabirabad rayonunun Qəzli kəndində baş tutub:

“Sabirabad rayonu Qəzli kəndində IX sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir