Dünya

Tehran Zirvəsi dünya mətbuatında: Ərdoğan Putinlə görüşə niyə gec gəldi? – VİDEO

Sharing is caring!

Türkiyə, İran və Rusiya arasında Astana formatında keçirilən VII Üçtərəfli Zirvə Görüşündə Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşü sosial mediada maraqla qarşılanıb.

Putin görüşdən əvvəl Ərdoğanı təxminən bir dəqiqə gözləyib. Beynəlxalq media qurumları Putinin Ərdoğanı gözlədiyi anları gündəmə gətirib.

Kremlin müxbiri Andrey Kolesnikovun sözlərinə görə, Ərdoğan Putini üç dəqiqə gözləməyə məcbur edib. Yenə Rusiya mətbuatından alınan məlumata görə, Ərdoğanın gözlətmə səbəbi dəhlizdə Rusiyanın sözçüsü Dmitri Peskovu görüb türkcə söhbət etməsi olub.

Dünya mətbuatında Ərdoğanın Rusiya liderini gözlətməsi iki il əvvəl Kremldə yaşanan hadisənin revanşı kimi dəyərləndirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir