Cəmiyyət

Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var

Sharing is caring!

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Savalan kənd sakini Kamil Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillə Afiq Mahmudovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.

Nəticədə Afiq Mahmudov və VAZ-dakı sərnişin, 44 yaşlı Böyük Əmili kənd sakini Cumar Mirzəliyev hadisə yerində ölüb. “Opel” markalı avtomobilin sürücüsü Kamil Xasıyev və sərnişinləri – Mehriban və Arzu Xasıyevalar, eləcə də iki azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir