Cəmiyyət

Bakıda daim tıxacların olduğu bəzi küçələrlə bağlı YENİLİK – VİDEO

Sharing is caring!


Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bir yol kəsişməsində və bir küçədə müntəzəm olaraq pik saatlarda yaranan sıxlığın qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində olan işıqforun iş rejiminə dəyişiklik edilərək əsas istiqamət və piyada vaxtları artırılıb.

Bundan başqa, qəsəbənin Elşən Mehdiyev küçəsindəki işıqforun vaxt planları analiz edilib və iş rejimi günün pik saatlarına uyğun tənzimlənib. Görülən işlər nəticəsində Yavər Əliyev və Elşən Mehdiyev küçələri, həmçinin “Bakıxanov dairəsi”ndə yaranan avtomobil sıxlığının qarşısı alınıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir