Dünya

Yaponiyanın ilk özəl raketi buraxıldıqdan dərhal sonra partladı: Ətrafı tüstü bürüdü – VİDEO

Sharing is caring!


Yaponiyanın peyki olan ilk şəxsi raket daşıyıcısının buraxılışı uğursuzluqla nəticələnib.

“Space One” şirkəti tərəfindən həyata keçirilən əməliyyat zamanı raket buraxıldıqdan bir neçə saniyə sonra partlayıb.

Raketin qalıqları buraxılış sahəsinin yaxınlığındakı dağlara düşüb. Qalıqların düşdüyü yerdə güclü yanğın baş verib və qatı tüstü sütunu qalxıb. Uğursuzluğun səbəbi hələlik məlum deyil.

Təxminən 100 kq ağırlığındakı hökumət peykini daşıyan raket Yerin səthini müşahidə etmək üçün nəzərdə tutulub. Müvəffəqiyyət əldə ediləcəyi təqdirdə, bu, özəl yapon şirkətinin tamamilə öz gücünə həyata keçirdiyi ilk peyk buraxılışı olacaqdı.

“Kairos” adlı raketin uzunluğu 18 m, çəkisi isə təxminən 23 ton olub. Qərargahı Tokioda yerləşən “Space One” şirkəti 2018-ci ildən onun hazırlanması ilə məşğul olub. Şirkət, həmçinin Vakayama prefekturasında öz buraxılış meydançasını qurub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir