Dünya

Avropanın 2024-cü il üçün ən yaxşı avtomobili seçilib – FOTO

Sharing is caring!


Avropalılar 2024-cü ilin ən yaxşı avtomobilini seçiblər.

Bununla əlaqədar, ötən gün Cenevrə Beynəlxalq Avtomobil Sərgisində Avropada “İlin avtomobili” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Beləliklə, 2024-cü ilin avtomobili “Renault Scenic E-Tech” krossoveri seçilib.

Qeyd olunur ki, “Renault Scenic E-Tech” münsiflər heyətinin səsverməsində 329 xal toplayıb.

İkinci yeri 308 xalla yeni nəsil “BMW 5 Series” avtomobili tutub. Bu avtomobilə 19 jüri üzvü maksimum xal verib. Üçüncü yerdə yeni “Peugeot 3008” (197 xal) qərarlaşıb.

Mənbə: Motor.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir