Cəmiyyət

Bəstəkar Cavanşir Quliyevin son durumu AÇIQLANDI

Sharing is caring!


Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.

Bu barədə “Report”un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.

O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu xəstəxanada intensiv şəraitdən stasionar müalicəyə köçürülüb: “Reanimasiyadan palataya gətirilib. Bir neçə dəfə əməliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”.

Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, əvvəl bir xəstəxanaya, daha sonra isə digərinə nəql edilib.

Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir