Cəmiyyət

Alban-Udi Xristian Dini İcmasının sədri: “İndi buraların əsl sahibləri gəlib”

Sharing is caring!

“Azad edilən ərazilərimizdəki dini abidələrimizə səfərlərimizin əsas məqsədi mədəni irsimiz olan “Allahın evi”ni boş saxlamamaqdır. Düz iki yüz ilə yaxın müddətdə ermənilər bu yerləri mənimsəyiblər. Hesab edirəm ki, bu da bizim müəyyən mənada yol verdiyimiz boşluqdan və humanistliyimizdən irəli gəlib”.

Bu fikirləri “Report”un Qarabağ bürosuna açıqlamasında Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili deyib.

Onun sözlərinə görə, ermənilər Azərbaycana məxsus olan tarixi məbədləri mənimsəyiblər:

“Hətta tarixi abidələrimizi saxtakarlaşdırmağa çalışıblar. Açıq demək lazımdır ki, buna da müəyyən mənada nail olublar. Ancaq nə qədər çalışsalar da, tarixi tam saxtalaşdıra bilməyiblər”.

İcma sədri söyləyib ki, “Allahın evi” boş qalmamalıdır:

“Bu kilsələr bizim kilsələrdir. Bunların ermənilərlə heç bir əlaqəsi yoxdur. Biz vaxtı ilə bu irsimizi ermənilərlə ortaq paylaşdıq. Ancaq onlar elə zənn etdilər ki, bu yerləri mənimsəyə bilərlər. İndi isə buraların əsl sahibləri gəlib. Bu abidələrin əsl varisi Azərbaycandır. Biz isə dini varislərik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir