Cəmiyyət

Sumqayıtda kanalizasiya suyu küçələrə axır – FOTO/VİDEO

Sharing is caring!


Sumqayıtda çirkab suları küçəyə axır. 

Oxu.Az xəbər verir ki, söhbət şəhərin İnşaatçılar qəsəbəsindən gedir.

Sakinlərin sözlərinə görə, kanalizasiya borusu partlayıb və çirkab suları məhəlləyə dolub:

“Sumqayıt şəhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin yaxınlığıdır. Artıq bir həftəyə yaxındır ki, ərazi bu vəziyyətdədir. Tez-tez belə hallar olur, insanların evlərini kanalizasiya suyu basır. Aidiyyəti üzrə quruma müraciət edilib”. 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidəki vəziyyətdən məlumatlıdırlar:

“Sumqayıtda deyilən küçədə kanalizasiya xəttində tutulma var. Aidiyyəti üzrə Sumqayıt Sukanal İdarəsinin briqadaları əraziyə göndərilib. Xüsusi maşın cəlb ediləcək, təzyiqli su ilə kanalizasiya xətti yuyulacaq. Problemin aradan qaldırılması istiqamətində tədbir görülür”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir