İqtisadiyyat

Xarici Daşınmaz Əmlak Sərgisi – FOTOREPORTAJ

Sharing is caring!

Noyabrın 19-20-də Bakı Ekspo Mərkəzində “United Property Expo 2022” Xarici Daşınmaz Əmlak Sərgisi keçirilir.

Sərgidə dünyanın 10-dan çox ölkəsindən 10 mindən çox xarici daşınmaz əmlak təqdim olunur. 

KOBİA-nın da dəstəklədiyi “United Property Expo” sərgisində Azərbaycanın, eləcə də Türkiyə, Yunanıstan, ABŞ, BƏƏ, İspaniya, Portuqaliya və digər ölkələrin aparıcı şirkətləri daşınmaz əmlak obyektləri təqdim edilir.

Sərgi ziyarətçilərə xaricdə daşınmaz əmlakın alınması və kirayəsi məsələlərini birbaşa peşəkarlarla müzakirə etmək, ipoteka, investisiyalar, vergilər, yaşayış icazələri və digər məsələlərlə bağlı məsləhətlər almaq imkanı verəcək. “United Property Expo” sərgisinin iştirakçıları vasitəçilər olmadan əsas tərtibatçılar və daşınmaz əmlak agentlikləri ilə ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Sərgi iştirakçılarını daşınmaz əmlakın alınması üçün xüsusi şərtlər gözləyir: endirimlər, agentliklərdən əlavə seçimlər və sənədləşmə işində kömək.

“Photostock.Az”ın əməkdaşı sərgidən görüntülər lentə alıb:

Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir