Cəmiyyət

Müasir kişilər niyə bığ saxlamırlar? – VİDEO

Sharing is caring!


Qədim dövrlərdə dünyanın harasında, hansı statusda yaşamasından asılı olmayaraq, kişilər bığı toxunulmaz hesab edir, ondan ötrü mübarizə aparır, yeri gələndə hökumətlə baş-başa dayanırdılar.

I Pyotr öz hakimiyyəti dövründə bığ-saqqal üçün xüsusi vergi təyin etmişdi. Hətta bunun üçün kişilərə üzərində “bığ vergisi ödənib” sözləri yazılmış kağız da verilirdi. Onlar da daim bunu üzərlərində gəzdirir, onları saxlayan çar hakimiyyətinin nümayəndələrinə göstərirdilər. 

Azərbaycanda da bığ kişilərin əvəzolunmazı idi. Təkcə əvəzolunmaz deyil, həm də namus-qeyrəti hesab olunurdu. Qaçaq Nəbinin qadınların namusuna göz dikən kəndxudanı cəzalandırması səhnəsi buna bariz nümunədir.

Dastanlarda, filmlərdə Azərbaycan kişisinin əzəməti, zəhmi bığ və papağı ilə önə çəkilirdi.

İllər keçdikcə kişilərin bığ saxlama adəti sanki unudulur, onun yerinə daha çox saqqala üstünlük verilir. Bəs, indiki kişilərin bir çoxunun bığ saxlmamağının səbəbi nədir? 

“Bizim.Media” şəhər sakinləri arasında bununla bağlı sorğu keçirib:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir