Cəmiyyət

Baş Prokurorluq xarici ölkələrdə olan əmlakların izlənilməsini həyata keçirə bilərmi? – AÇIQLAMA

Sharing is caring!


“Xarici ölkələrdə olan əmlakların izlənməsi ilə bağlı Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər görülür”.

Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin rəisi Vüqar Əliyev qurumun “Instagram” səhifəsindəki canlı yayımda çıxışı zamanı deyib.

Vüqar Əliyevin sözlərinə görə, şəxsin cinayət yolu ilə əldə etdiyi pulla xarici ölkədə aldığı əmlaklarla bağlı məhkəmə tərəfindən həbs qərarı çıxarılsa, həmin işlə bağlı Baş Prokurorluq tərəfindən sorğu göndərilir:

“Bu yaxınlarda bir şəxsin xarici ölkə bankında olan 1 milyon 200 min manat məbləğdə vəsaitinin müsadirə edilməsi ilə bağlı tədbirlər görülüb. Azərbaycan Baş Prokurorluğunun sorğusu əsasında həmin xarici ölkənin məhkəmə sistemi bu işə baxıb. Prosesin sonunda aparılan araşdırma nəticəsində həmin məbləğin üzərinə həbs qoyaraq geri qaytarılması ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda həmin məbləğin Azərbaycana geri qaytarılması təmin ediləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir