Cəmiyyət

Güclü külək Oğuzda binaların və fərdi evlərin dam örtüyünü uçurub – FOTO

Sharing is caring!


Qeyri-sabit hava şəraiti nəticəsində əsən güclü külək Oğuz şəhərində dörd və ikimərtəbəli binanın, o cümlədən fərdi yaşayış evinin dam örtüyünü uçurub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bundan başqa Baş Daşağıl kəndində evlərin dam örtükləri dağılıb.

Güclü külək nəticəsində rayonda elektrik dayaqları və şəhərin gecə işıqlanmasını təmin edən dayaqlar da aşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir