Cəmiyyət

Keçmiş məcburi köçkün: “Artıq həsrət başa çatıb”

Sharing is caring!


“Bu xoş günləri bizə yaşadan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyib, valideynlərinə təşəkkür edirəm”.

“Report” xəbər verir ki, bu fikirləri Bakıdan Laçının Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Barış Alıyev deyib.

Doğma evindən didərgin düşəndə dörd yaşı olan Barış bu günü səbirziliklə gözlədiklərini bildirib:

“Bu günə min dəfə şükürlər olsun. Neçə vaxt idi ki, Laçına, Zabux kəndinə qayıdacağımız günü gözləyirdik. Artıq həsrət başa çatıb”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə – 95 nəfər köçürülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir