Dünya

“InsideOver”: “Rusiya Sakit Okeanda ABŞ-yə qarşı “ölüm üçbucağı” yaratdı”

Sharing is caring!


“Rusiya hazırda Hind-Sakit okean bölgəsində ABŞ-yə təhlükə yaradan “blok”un bir hissəsinə çevrilir”.

Bu barədə köşə yazarı Federiko Culiani “InsideOver” nəşri üçün yazdığı məqalədə bildirib.

Müəllif oxuculara coğrafi xəritəyə nəzər salmağı və Sakit okean bölgəsində yaranmış “ölüm üçbucağı”nı aşkar etməyi təklif edib. Culiani qeyd edib ki, söhbət Çin, Şimali Koreya və Rusiyadan gedir.

Onun sözlərinə görə, Pxenyan və Moskva bu bölgədə Vaşinqtona təzyiqi artırmaqdan məmnundurlar. Bu halda Co Bayden administrasiyası təkcə Ukrayna məsələsini deyil, Şərqi Asiyadakı vəziyyəti də nəzarətdə saxlamaq məcburiyyətində qalır.

ABŞ-yə qarşı belə təzyiqlərdən biri kimi müəllif Rusiya Sakit Okean Hərbi Donanmasının Uzaq Şərqin sahilyanı bölgələrində keçirdiyi irimiqyaslı təlimləri misal çəkib.

Culiani əlavə edib ki, indi Vaşinqton üçün “ölüm üçbucağı” bütün çılpaqlığı ilə ortaya çıxır və bu təqdirdə ABŞ ordusu öz əməliyyat planlarına yenidən baxmağa məcburdur.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir