Dünya

Moskvada elmi mərkəzin direktoru Qrudzinski həbs olunub: Külli miqdarda fırıldaqçılıqda ittiham olunur

Sharing is caring!

Moskvanın Basmannı məhkəməsi külli miqdarda dələduzluqda təqsirləndirilən Hərbi silahlar və xüsusi texnikaların yaradılması üzrə yüksək texnologiyalar Elmi Mərkəzinin direktoru Andrey Qrudzinskinin həbsi ilə bağlı istintaqın vəsatətini təmin edib.

“Məhkəmə A.V.Qrudzinski barəsində 2022-ci il avqustun 22-dək həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etdi”, – deyə məhkəmənin mətbuat xidmətindən cümə axşamı məlumat verilib.

Məhkəmənin məlumatına görə, o, külli miqdarda dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) ittiham olunub.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir