Cəmiyyət

Səbail rayonunda növbəti həyət abadlaşdırıldı – FOTO

Sharing is caring!


Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Adil İsgəndərov küçəsi 1 ünvanında 800 nəfər sakinin yaşadığı beş çoxmənzilli yaşayış binasını əhatə edən həyət aparılan yenidənqurma işlərində sonra sakinlərin istifadəsinə verilib.

Abadlaşdırılan həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün uşaq meydançası və müxtəlif idman qurğuları, eyni zamanda çoxsaylı oturacaqlar və tullantılar üçün qutular quraşdırılıb. Həmçinin müxtəlif növ gül kolları əkilib, mövcud yaşıllıqlar bərpa olunub.

Sakinlər görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir