Cəmiyyət

İTV-nin fəaliyyətə başladığı gündür – Oxu.Az təbrik edir

Sharing is caring!

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündən 17 il ötür.

Şirkət “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib. Həmin ilin 29 avqust tarixində isə fəaliyyətə başlayıb.

İctimai Televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır. 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir və Avropa Yayım İttifaqının üzvüdür.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımovdur. O, bu vəzifəyə 2018-ci il iyunun 1-də seçilib.

Vətən müharibəsi zamanı da İTV informasiya müharibəsində ilk sıralarda yer almışdı. 

2022-ci il yanvarın 28-də “Azerspace-1” peykində HD yayım formatına keçib.

Oxu.Az kollektivi İctimai Televiziya və İctimai Radioda çalışan həmkarlarını təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir