Cəmiyyət

Bakı-Sumqayıt yolunda ağır qəza: Səkkiz nəfər xəsarət alıb – FOTO

Sharing is caring!


Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.

Belə ki, “Opel” markalı avtomobillə “Chevrolet” markalı avtomobil toqquşublar. Nəticədə nəqliyyat vasitələrində olan səkkiz nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir