İdman

Həndbol üzrə Azərbaycan çempionatı: Lider bu gün ən yaxın izləyicisi ilə qarşılaşacaq

Sharing is caring!


Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında VI turun təqvimi bəlli olub.

Bu gün və dekabrın 24-də keçiriləcək oyunların hamısı “AHF Arena” İdman Kompleksində təşkil ediləcək.

Qadınların yarışında mərkəzi görüşdə itkisiz irəliləyən “Qarabağ” ən yaxın izləyicilərindən olan “Kür”lə qarşılaşacaq. Liderliyə can atan “Azəryol” isə hələ də xal üzünə həsrət qalan “Gənclər Birliyi”ni sınağa çəkəcək.

Kişilərin liqasında ilk beş matçının hamısında qələbə qazanan “Kür” bu tur istirahət edəcək. Bu da “Bakı” və “Qarabağ”a ona yaxınlaşmaq imkanı verəcək. Hər iki komanda autsayderlər mövqeyində qərarlaşan rəqibləri ilə üz-üzə gələcək.

Qadınlarda bu gün baş tutacaq “Qarabağ” – “Kür” oyunu Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq.

Azərbaycan çempionatı

VI tur

Qadınlar

23 dekabr

12:00. “İdman Akademiyası” – “Bakı”

14:00. “Qarabağ” – “Kür”

24 dekabr

10:00. “Gənclər Birliyi” – “Azəryol”

Xal durumu: “Qarabağ” – 10, “Azəryol”, “Kür” – 7, “İdman Akademiyası” – 4, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər

23 dekabr

16:00. “İdman Akademiyası” – “Bakı”

24 dekabr

12:00. “Azəryol” – “Təhsil”

14:00. “Qarabağ” – “Dinamo”

Xal durumu: “Kür” – 10, “Bakı”, “Qarabağ” – 6, “Azəryol” – 4, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir