Cəmiyyət

Salyanda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Sharing is caring!


Salyan rayonunda baş verən avtomobil qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində bir ailənin dörd üzvü – rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Gülşən Davud qızı Abışova, 1988-ci il təvəllüdlü Xanım Yusif qızı Abışova, 2010-cu il təvəllüdlü Eşqin Emil oğlu Abışzadə və 1988-ci il təvəllüdlü Emil Həsrətddin oğlu Abışov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir