Cəmiyyət

Magistral yollardakı lövhələrdə Qərbi Azərbaycan mahallarının adının qeyd olunması təklif edilir

Sharing is caring!


“Azərbaycanın əsas magistral yollarındakı lövhələrdə Qərbi Azərbaycan mahallarının adı yazılsın”.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə çıxış edib.

O bildirib ki, 2016-17-ci illərdən ölkənin magistral yollarında Şuşa, Xankəndi və s. o dövrdə işğalda olan rayonlarımızın adı qeyd olunurdu:

“Biz əmin idik ki, bir gün Qarabağa qayıdacağıq. Hazırda da deyirik ki, Qərbi Azərbaycana öz avtomobillərimizlə qayıdacağıq. Təklif edirəm ki, şəhər və rayonlarımızın əsas magistral yollarında Qafan, Göyçə, Ağbaba və s. kimi yaşayış yerlərimizin adı yazılsın, həmin ərazilərə qədər olan məsafələr qeyd olunsun”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir