Cəmiyyət

10 aylıq körpənin dəstəyinizə ehtiyacı var: Təcili əməliyyat olunmalıdır – FOTO

Sharing is caring!


10 aylıq Adəmin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Orxan Süleymanov məlumat verib.

O bildirib ki, övladı təcili əməliyyat olunmalıdır.

“Adəm 10 aylıqdır. Bir neçə ay əvvəl müayinələr zamanı onun böyrəklərində daşlar olduğunu bildik. Həkimlər daşların təcili əməliyyatla götürülməli olduğunu dedilər. Dərhal Türkiyədə yollandıq. Adəm noyabrın 20-də sağ böyrəyindən əməliyyat keçirib. Əməliyyat zamanı onun böyrəyindən daşlar çıxarılıb. Hazırda o, sol böyrəyindən də əməliyyat olunmalıdır. Bunun üçün isə bizə 8 000 manat lazımdır. Bu məbləğin 5 000 manatını toplaya bilsək də, 3 000 manatımız hələ də çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 923-23-55.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir