Cəmiyyət

Neftçalada motosikletdən yıxılan şəxs ölüb

Sharing is caring!


Neftçala rayonunda “Muravey” markalı motosikletdən yıxılan şəxs dünyasını dəyişib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, motosiklet hərəkətdə olarkən sürücü qəfil əyləci basıb və yük yerində olan Nurəddin adlı şəxs asfalta çırpılıb.

Nəticədə ağır xəsarətlər alan sərnişin hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir