Gündəm

Nigar Sabirqızı: Nələrinsə müqabilində Xankəndiyə və ya başqa yerlərə getməyi arzulamıram da – ŞOK İTTİHAM

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, İTV-nin tanınmış aparıcısı Nigar Sabirqızı öz Facebook səhifəsində qalmaqallı paylaşım edib.

Həmin paylaşımı sizlərə təqdim edirik:

Çox izləyici mənə yazıb maraqlanır ki, niyə Xankəndiyə gedib çəkiliş etmirsiniz? Buradan hər kəsə cavab verirəm: çünki hələ bizə “yaşıl işıq” yandırmayıblar. Niyəsini yəqin ki, özləri bilir. Hələ bizim təklif etdiyimiz mövzuya “yox” deyib həmin mövzunu başqa kanala hədiyyə də edirlər. Qısqanırıqmı? Şəxsən mən yox. Nələrinsə müqabilində Xankəndiyə və ya başqa yerlərə getməyi arzulamıram da. Gedənlər getsin, çəksin, saytlar və “Teleqram” kanalları da yaysın, adını da qoysunlar eksklüziv. Daha millət demir ki, o “eksklüziv”lər necə yaranır. Biz ki bilirik. Olsun. Təklif edirəm, bütün kanalları bağlayıb SSRİ dövründəki kimi ancaq birini saxlasınlar.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir