MARAQLI

Britaniya Muzeyi Roma imperatoru Helioqabalı qadın kimi tanımaq qərarına gəlib

Sharing is caring!


İngiltərənin Hitçin şəhərindəki Britaniya Muzeyi məşhur Roma imperatoru Helioqabalı qadın kimi tanıyıb.

Muzey nümayəndələri imperatorun özünə görə bu addımı atdıqlarını bildirirlər. Onların sözlərinə görə, Helioqabalın özü qadın kimi müraciət etməyi xahiş edib və ona “cənab” deməməyi tələb edib.

“Biz keçmişdə yaşayan insanlar üçün əvəzlikləri təyin edərkən indiki insanlar üçün olduğu kimi diqqətli olmağa çalışırıq”, – deyə muzeyin idarə heyətinin üzvü Keyt Hoskins bildirib.

Lakin tarixçilər və ekspertlər bu qərarı tənqid ediblər. Onlar imperatorun bu ifadəsinin konsul Dion Kassiusun əsərində qeyd olunduğunu bildiriblər. Tarixçinin sözləri saxta və eramızın 218-222-ci illərində Roma imperiyasının başçısı olmuş hökmdarın nüfuzunu sarsıtmaq cəhdi ola bilərdi.

Mənbə: osnmedia.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir