Cəmiyyət

Bahar Əliyeva: “Füzulidən çıxdığımız günü xatırladıqca bütün bədənim əsir”

Sharing is caring!


“Füzulidən çıxdığımız ağrılı-acılı günləri xatırlamaq belə istəmirəm”.

Bunu Oxu.Az-a açıqlamasında Füzuli sakini, keçmiş məcbur köçkün Bahar Əliyeva deyib.

O qeyd edib ki, iki körpə övladı ilə çıxdığı Füzuli şəhərinə iki nəvəsi və digər ailə üzvləri ilə qayıdır:

“Füzulidən çıxdığımız günü xatırlamaq istəmirəm. O günləri xatırladıqca bütün bədənim əsir, o günün ağrısını, acısını, stresini yenidən yaşayıram. Çox şükür ki, kabusa dönən, bizi kölgə kimi izləyən o günlər artıq sona çatdı. Artıq biz qalib xalq kimi öz yurdumuza qayıdırıq.

Bizə belə gözəl hissləri yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün daha 25 ailə (72 nəfər) Füzuli şəhərinə köçürülür. Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir