Dünya

“Neftçi” və “Qarabağ”da işləmiş mütəxəssis İngiltərə klubunun baş məşqçisi təyin olundu

Sharing is caring!

İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Premyer Liqa təmsilçisinin mətbuat xidməti komandanın daha əvvəl baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Ruben Sellesə həvalə edildiyini açıqlayıb. İspaniyalı mütəxəssis mövsümün sonuna qədər “Sauthempton”u çalışdıracaq. Selles müvəqqəti baş məşqçi kimi “Sauthempton”u 1 oyuna çıxarıb və həmin görüşdə komanda səfərdə “Çelsi”yə minimal hesabla qalib gəlib – 1:0.

39 yaşlı mütəxəssis 2012-2014-cü illərdə “Neftçi”də köməkçi məşqçi kimi çalışıb, 2015-2017-ci illərdə isə “Qarabağ”da Qurban Qurbanovun köməkçisi olub.

Mənbə: southamptonfc.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir