Cəmiyyət

Polis əhalidən niyə pul yığır? – RƏSMİ CAVAB

Sharing is caring!


Sosial şəbəkələrdə polis əməkdaşlarının əhalidən pul yığmasına dair iddialar dolaşır.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə münasibət bildirib.

E.Hacıyevin sözlərinə görə, bu məsələdə məcburiyyət yoxdur:

“Polis əməkdaşları tərəfindən profilaktik məqsədli olaraq sakinlərlə iş aparılır ki, yaşayış binalarında kameralaşmaya üstünlük verilsin. Məcburiyyət yoxdur. Əlbəttə, razılaşmayanlar var. Hər bir halda bu iş davam etdirilir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir