Cəmiyyət

Dərzi sexini su basdı, ZİYAN BÖYÜKDÜR – VİDEO

Sharing is caring!


Nəsimi rayonunda dərzi sexini su basıb.

Xezerxeber.az-ın məlumatına görə, istilik xəttindən axan su dərzi sexinə dolub və obyekt suyun içərisində qalıb.

Hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 77 K-da yerləşən binada baş verib. Burada dərzi kimi fəaliyyət göstərən Tural Fərzəliyev iddia edir ki, mərkəzi istilik sistemi işə düşəndən sonra obyekti su basıb.

Tural Fərzəliyev deyir ki, vəziyyətlə bağlı aidiyyəti qurumu məlumatlandırsa da, nəticəsi olmayıb.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı bildirib ki, sözügedən binanın zirzəmisindəki xətlər qurumun balansında deyil. Binanın mülkiyyətçisi mövsümdən öncə həmin kommunikasiyanın qorunması və işlək vəziyyətdə saxlanmasını təmin etməli idi.

Məsələ ilə bağlı ərazi üzrə 51 saylı Mənzil-Kommunal İstismar Sahəsindən bildirilib ki, bu problemi aradan qaldırmaq onların səlahiyyətində deyil. 

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir