Siyasət

Qarabağ Xronikası: Alman nazirin Ermənistan sərgüzəştləri – VİDEO

Sharing is caring!


Baku TV-nin “Qarabağ xronikası” verilişinin 124-cü buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Almaniyanın xarici işlər naziri Annalena Berbokun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Şuşa ilə bərabər “Şuşi”, Xankəndi ilə bərabər “Stepanakert” adlarını işlətməsinə münasibət bildirilib.

Qeyd edilib ki, A.Berbok Ermənistanda Qarabağdakı separatçı rejim rəhbərləri tərəfindən Qarabağı tərk etməyə məcbur edilən erməniəsilli insanlarla görüşüb, onlara dəstək ifadə edib.

Verilişdə Azərbaycanın suverenliyini silah gücünə pozmağa çalışan, Qarabağda tərksilah edilən 20 min hərbçi və onların ailələrinə dəstək verən A.Berbokun regional problemlərlə bağlı ədalətsiz mövqeyi tənqid olunub.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir